Moskva yaxınlığındakı Krasnoqorskda 73 yaşlı təqaüdçü kanalizasiyaya düşərək boğulub.
Lent.az-ın yerli mediaya istinadən məlumatına görə, həmin şəxs su kanalında işləyib və növbə zamanı dünyasını dəyişib. Kişinin cəsədini onu əvəz etməli olan həmkarı aşkar edib.
Meyitdə zorakılıq əlamətləri aşkar edilməyib.
Araşdırma aparılır.