Kəlbəcər sakini Göygöldə intihar etdi - YENİLƏNİB
17 iyul 2023 17:05 (UTC +04:00)

Kəlbəcər sakini Göygöldə intihar etdi - YENİLƏNİB

Göygöldə meyiti tapılan şəxsin intihar etdiyi ehtimal edilir. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, iyul ayının 17-də Kəlbəcər rayon Polis Şöbəsinə rayonun Çayqovuşan kənd sakini, 45 yaşlı İmaməddin Hümbətovun Göygöl rayonu ərazisində itkin düşməsi barədə məlumat daxil olub.

Kəlbəcər və Göygöl Rayon Polis Şöbələrinin əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində İ. Hümbətovun cəsədi Göygöl rayonu ərazisindəki göllərin birində aşkarlanıb.

Hadisə yerinə Prokurorluğun əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə mərhum intihar edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

saat 16:58

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göygöl rayonu, Ağdağ qəsəbəsində 1 nəfərin (kişi) göldə batması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3304

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15