Keçmiş məhkum kafedə öldürüldü
28 iyun 2023 12:50 (UTC +04:00)

Keçmiş məhkum kafedə öldürüldü

0

İyunun 28-i saat 01 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən kafelərin birində Bakı şəhər sakini Akif Məcidov münaqişə zəminində paytaxt sakini əvvəllər məhkum olunmuş Zaur Nemətova bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Zaur Nemətov xəstəxanaya aparılarkən ölüb.

Xəzər rayonu 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Məcidov tutularaq istintaqa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2157

Oxşar yazılar