Keçmiş əri tərəfindən təhdid olunan qadının evi POLİS NƏZARƏTİNDƏ
23 may 2023 14:12 (UTC +04:00)

Keçmiş əri tərəfindən təhdid olunan qadının evi POLİS NƏZARƏTİNDƏ

0

Keçmiş əri tərəfindən hədələnən qadının evi polis tərəfindən nəzarətə götürülüb.

Bu barədə Lent.az-a ərindən ayrılmış Gülnar Kazımova məlumat verib. 

Onun sözlərinə görə, baş vermiş hadisə ictimailəşəndən sonra polislər məsələ ilə bağlı hərəkətə keçib:

“Başıma gələn hadisə ictimailəşəndən sonra polislər maraqlanmağa başladılar. Dünəndən etibarən evimizi post-patrul xidmətinin əməkdaşları mühafizə edir. Səhərə qədər təhlükəsizliyimizi qoruyublar. Keçmiş ərim Samir Kazımov dünəndən qapıya gəlməyib. Hələlik sakitlikdir”.

Xatırladaq ki, ötən gün redaksiyamıza Gülnar Kazımova keçmiş əri tərəfindən təhqir edilib, döyülməsi ilə bağlı müraciət ünvanlayıb. Xanım keçmiş əri Samir Kazımovdan boşanmasına baxmayaraq, onlardan əl çəkmədiyini, hər gün qapısına gəlib təhqiredici sözlər işlətdiyini bildirib. Qadının sözlərinə görə, kişi qapını qırmağa çalışıb.

Keçmiş əri hətta evin təhlükəsizlik kameraları qarşısına keçərək qollarını doğrayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3304

Oxşar yazılar