Keçmiş arvadının boğazını kəsən şəxs SAXLANILDI  - YENİLƏNİB
14 may 2021 22:10 (UTC +04:00)

Keçmiş arvadının boğazını kəsən şəxs SAXLANILDI - YENİLƏNİB

Masallı rayonunda keçmiş arvadını bıçaqlayan Öncəqala kənd sakini, 1984-cü il təvəllüdlü Kəmaləddin Adil oğlu Əzizov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bıçaq xəsarəti alan Zəhra Əzizova boğaz nahiyəsindən əməliyyat olunub. Vəziyyəti stabildir, orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, tərəflər 1 ildir ki, boşanıblar. 3 övladlarından 2-si ata, 1-i isə ana ilə qalır.

***

20:52

Masallı rayonunda 27 yaşlı qadın bıçaqlanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bıçaqlanma hadisəsi rayonun Öncəqala kəndində qeydə alınıb. 

Kənd sakini 1994-cü il təvəllüdlü Zəhra Əzizovanı keçmiş həyat yoldaşı bıçaqlayıb. Xəsarət alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam edir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4608
avatar

Oxşar yazılar