"KamAZ" minik maşını ilə  toqquşdu:   sürücülərdən biri öldü
17 yanvar 2022 22:41 (UTC +04:00)

"KamAZ" minik maşını ilə toqquşdu: sürücülərdən biri öldü

0

Yanvarın 15-də saat 22 radələrində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində Füzuli rayon sakini E.Hüseynovun idarə etdiyi “KamAZ” və Salyan rayon sakini Rövşən Cavadovun idarə etdiyi “NAZ Lifan” markalı avtomobillər toqquşub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, nəticədə xəstəxanaya yerləşdirilən R.Cavadov orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1732

Oxşar yazılar