Bu gün vəfat edən jurnalist Qadir İbrahimlinin cənazəsi ailəsinə təhvil verilib.
Lent.az-ın məlumatına görə, onun cənazəsi Yasamal rayonundakı Hacı Cavad məscidinə aparılıb.
Vida mərasimi "Jurnalistlər binası"nın qarşısında keçiriləcək.
Q. İbrahimli doğulduğu Lənkəran şəhərində dəfn ediləcək.
***
Saat: 09:47
Xəstəxanaya yerləşdirilən jurnalist Qadir İbrahimli dünyasını dəyişib.
Bu barədə Lent.az-a Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.
Qeyd edək ki, o, mayın 18-də axşam saatlarında Respublika Kliniki Xəstəxanasına yerləşdirilmişdi.
Allah rəhmət eləsin!