İsmayıllıda yol tikintisində FACİƏ:  armaturların altında CAN VERDİ
18 fevral 2025 17:23 (UTC +04:00)

İsmayıllıda yol tikintisində FACİƏ: armaturların altında CAN VERDİ

İsmayıllıda yol tikintisi zamanı bədbəxt hadisə olub.

Lent.az xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı-Qəbələ yolunun Buynuz kəndindən keçən hissəsində ərazisində baş verib.

“Körpü-Bina-Tikinti” MMC tərəfindən yenidənqurma işləri aparılarkən armaturlar orada işləyən Goranboy rayon sakini 39 yaşlı Rəşad Nadir oğlu Eminovun üzərinə aşıb. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2268

Oxşar yazılar