İşdən çıxarılan icra başçısının vəziyyəti pisləşdi
08 avqust 2024 14:40 (UTC +04:00)

İşdən çıxarılan icra başçısının vəziyyəti pisləşdi

Vəzifəsindən azad edilən Ağdaş Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq İbrahimovun səhhətində problem yaranıb.

Lent.az xəbər verir ki, bu barədə "manset.az"a açıqlamasında Tofiq İbrahimov özü məlumat verib.

O qeyd edib ki, bir neçə dəfə əməliyyat olunub: “Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirəm. Türkiyədə əməliyyat olunmuşam, vəziyyətim çox pisdir. Hazırda müalicəm davam edir, nə olacağını bilmirəm”.

Sabiq başçı bir sıra saytlarda yayılan, əmlaklarının olduğu iddia olunan siyahıya münasibət bildirib: “O tamamilə yalan məlumatdır. Mənim o boyda əmlakım haradan ola bilər? İki min baş camışı otarmaq üçün nə boyda örüş sahəsi lazımdır. Mən əməliyyat olunanda uşaqlarım yanıma gəlmişdi. Həmin vaxt onlar hoteldə qaldılar. Mənim o boyda mülklərim varsa, övladlarım niyə hoteldə qalırdılar? Bu məlumatı neçə il öncə Sənan adlı jurnalist yazmışdı. İndi o həbsdədir. Götürüb illər əvvəl onun yazdığı yalan informasiyanı yenidən tirajlayırlar. Bunlar Allahdan qorxmurlar? Yazdıqları mülklərin mənə və ya yaxınlarıma məxsus olduğunu sübut etsinlər. O əmlakları onlara bağışlamasam, kişi deyiləm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3033
avatar

Oxşar yazılar