İrəvanda iki nəfərin - bir kişi və bir qadının meyiti evin dağıntıları altından çıxarılıb.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.
Daha əvvəl bildirilib ki, fevralın 5-də saat 11:36 radələrində Nor Areş küçəsi 34-də yerləşən evdə partlayış baş verib. Hadisə yerinə gələn xilasedicilər 86 yaşlı qadın və 30 yaşlı kişini dağıntılar altından çıxarıb, hər ikisi xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti kafi, gəncin vəziyyəti ağır kimi qiymətləndirilir.