İranlı Həsənin güdazına gedən İlkinin CİNAYƏT İŞİ   - VİDEO
25 yanvar 2025 17:17 (UTC +04:00)

İranlı Həsənin güdazına gedən İlkinin CİNAYƏT İŞİ - VİDEO

İrandan əldə etdiyi külli miqdarda narkotik vasitəni Azərbaycanda satışını təşkil etməkdə təqsirləndirilən Əhmədov İlkin Vaqif oğlunun cinayət işinin bəzi detalları məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, Əhmədov İlkin Vaqif oğlu gəlir əldə etmək niyyəti ilə iranlı narkobaronla cinayət əlaqəsinə girib. 

Belə ki o, İran İslam Respublikasının vətəndaşı «Həsən» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb ki, külli miqdarda narkotik vasitəni satacaq.  

İlkin Əhmədov «Həsən» adlı şəxsin sifarişi ilə paytaxtın Yasamal rayonu ərazisinə qoyulmuş külli miqdarda - 10 kilo 395 qram çəkidə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib. 

Həmin narkotik vasitəni satışını həyata keçirmək üçün avtomobildə saxlayıb. 

Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində İlkin Əhmədov ötən ilin avqustunda gecə saatlarında həmin ünvanda saxlanılıb. 

Onun avtomobilinə keçirilən baxış zamanı avtomobilin arxa yük yerindən 10 ədəd bükümdə ümumilikdə - 11 kiloya yaxın
marixuana aşkar edilərək götürülüb. 

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2331

Oxşar yazılar

Sumqayıtda "Mercedes" piyadanı vurub öldürdü

Sumqayıtda "Mercedes" piyadanı vurub öldürdü

6 fevral 2025 , 20:58
Zaqatala sakinləri Şəkidə qəzaya düşdü

Zaqatala sakinləri Şəkidə qəzaya düşdü

6 fevral 2025 , 20:57
Gəncədə "07" iki piyadanı  vurdu

Gəncədə "07" iki piyadanı vurdu

6 fevral 2025 , 20:25
Şantaja görə həbs edilən  sayt rəhbərlərinin   məhkəməsi başladı

Şantaja görə həbs edilən sayt rəhbərlərinin məhkəməsi başladı

6 fevral 2025 , 18:27
Məhkəməyə verilən  saytla bağlı   QƏRAR

Məhkəməyə verilən saytla bağlı QƏRAR

6 fevral 2025 , 18:17
Milli Qvardiyanın  əsgəri məzuniyyətdə 3 hərbi maşını yandırdı

Milli Qvardiyanın əsgəri məzuniyyətdə 3 hərbi maşını yandırdı

6 fevral 2025 , 17:29
Famil Xəlilova hökm oxundu

Famil Xəlilova hökm oxundu

6 fevral 2025 , 17:04
Jurnalist Şəmşad Ağa həbs olundu

Jurnalist Şəmşad Ağa həbs olundu

6 fevral 2025 , 16:51