Cəlilabadda dövlət sərhədində pozuntu aşkarlanıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə sentyabrın 29-da saat 1:20-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin, Cəlilabad rayonunun Gülməmmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində qeydə alınıb. Dövlət sərhədini pozaraq İrandan Azərbaycan istiqamətində keçməyə cəhd edərkən 4 Əfqanıstan vətəndaşı 29 yaşlı Rəşidi Abdulmunir Abdulxayum, 20 yaşlı Reza Aciqzey Muhammed, 20 yaşlı Tur Emran Abdulsəməd və 19 yaşlı Bəxtiyar Muhammedrəsulafqan Neqmuhammad saxlanılıblar.
Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini pozaraq İrandan Azərbaycana, daha sonra Rusiyaya keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sərhəd pozan əfqanlar