İranda həbs olunan Azərbaycan vətəndaşı ölkəmizə qaytarıldı  - YENİLƏNİB
20 yanvar 2025 17:39 (UTC +04:00)

İranda həbs olunan Azərbaycan vətəndaşı ölkəmizə qaytarıldı - YENİLƏNİB

Fərid Səfərli Azərbaycana qaytarılıb.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi birgə mətbuat məlumatı yayıb.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.

Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.

Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.

***
16:04

İranda günahsız yerə həbsdə saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli azadlığa buraxılıb.

Lent.az xəbər verir ki, Fərid Səfərli yanvar ayının 19-u həbsxanadan çıxarılıb. O, hazırda  Azərbaycandadır.

Qeyd edək ki, Fərid Səfərlinin anası Dilarə Əsgərova bu barədə məlumat verməkdən imtina edib.

Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.

Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-cü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.

Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.

Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirib./musavat.com

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356
avatar

Oxşar yazılar

Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

20 yanvar 2025 , 19:40
Kürdəmirdə kişini cərəyan vurub öldürdü

Kürdəmirdə kişini cərəyan vurub öldürdü

20 yanvar 2025 , 18:09
Bakıda narkotik çəkib "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda narkotik çəkib "avtoş"luq edən həbs olundu - VİDEO

20 yanvar 2025 , 17:33
Şirvanda AĞIR QƏZA:  5 yaralı var

Şirvanda AĞIR QƏZA: 5 yaralı var

20 yanvar 2025 , 17:18
Şagird özünü asdı

Şagird özünü asdı

20 yanvar 2025 , 15:25
Ana və iki uşağı evdə diri-diri yandı

Ana və iki uşağı evdə diri-diri yandı

20 yanvar 2025 , 14:27
Bakıda bu qadını tapana pul veriləcək

Bakıda bu qadını tapana pul veriləcək

20 yanvar 2025 , 12:17
İş adamı mineral su içib öldü - Ermənistana qarşı 1.5 milyardlıq İDDİA

İş adamı mineral su içib öldü - Ermənistana qarşı 1.5 milyardlıq İDDİA

20 yanvar 2025 , 10:49