İran səfirinin köməkçisi Hüseyn Cahangiri fevralın 4-də axşam Moskvada qəflətən dünyasını dəyişib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, səfirliyin əməkdaşı Pyatnitskoye şossesində, yaşadığı yerdən bir qədər aralıda yerləşən ticarət mərkəzindəki fitnes klubuna baş çəkib. Orada saat 18 radələrində özünü pis hiss edib və huşunu itirib. Gələn həkimlər onu xilas edə bilməyiblər - 56 yaşlı kişi infarktdan dünyasını dəyişib.
Hüseyn Cahangiri təkcə səfirin köməkçisi deyil, həm də fars dilindən tərcümə üzrə aparıcı mütəxəssislərdən biri idi.