İki qadın  süpürgə üstündə   dava etdi
07 dekabr 2023 19:23 (UTC +04:00)

İki qadın süpürgə üstündə dava etdi

İrəvanda qadınlar süpürgə üstündə dava salıblar. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Ermənistan Daxili İşlər Nazirliyinin Malatiya polis şöbəsinə Heratsi adına 1 saylı Universitet Xəstəxanasından zəng daxil olub ki, “şübhəli kəllə-beyin travması” diaqnozu olan bir qadın onlara tibbi yardım üçün müraciət edib.

Məlumata görə, polis xəstəxanaya gedib. 60 yaşlı Nune K.nin xəstəxanaya müraciət etdiyini öyrəniblər.

Həkimlər sonuncuya kömək edərkən, hüquq-mühafizə orqanlarının əməkdaşları elə həmin gün saat 12 radələrində Nune K. ilə onun 47 yaşlı qonşusu Kristine M. arasında mübahisə yarandığını müəyyənləşdiriblər. Mübahisə kimin süpürgəsi uzun və qalındır üstündə düşüb. Dava zamanı Kristina M. əlindəki süpürgə ilə Nuna K.ya bir neçə zərbə vurub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3792
avatar

Oxşar yazılar