Bakıda marketdən oğurluq olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, yanvarın 23-də Xətai rayonu ərazisindəki marketlərin birindən Bakı şəhər sakini R.Vəlizadənin içərisində 17.000 manatı və sənəd olan pulqabısı oğurlanıb.
Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini N.Sayadov saxlanılıb.