“Hurriyyet TV”də ƏMƏLİYYAT:  Vüqar Məmmədov saxlanıldı - YENİLƏNİB
30 oktyabr 2025 13:39 (UTC +04:00)

“Hurriyyet TV”də ƏMƏLİYYAT: Vüqar Məmmədov saxlanıldı - YENİLƏNİB

0

“Hürriyyət” qəzeti Vüqar Məmmədovun saxlanılması barədə məlumat yayıb.

Redaksiyadan Lent.az-a daxil olan məlumatda qeyd olunur ki, əməliyyat oktyabrın 29-da keçirilib.

“Hurriyyet TV”nin ofisində və Vüqar Məmmədovun Nizami rayonunda kirayə yaşadığı mənzilində axtarış aparılıb.

***
12:54

"Hürriyyət" qəzeti və "Hürriyyət TV"də əməliyyat keçirilib.

Lent.az xəbər verir ki, baş redaktor Vüqar Məmmədov saxlanılıb.

APA-nın əldə etdiyi məlumata görə, əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilib.

***
12:44

"Hürriyyət"in redaksiyasında əməliyyatın keçirildiyi təsdiqlənib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Lent.az-a bildirilib ki, baş redaktor Vüqar Məmmədov saxlanılıb.

***
12:28

Hüquq-müfahizə orqanları “Hurriyyet TV”də əməliyyat keçirib.

Lent.az bakupost.az-a istinadla bildirir ki, əməliyyat zamanı "Hürriyyət" qəzeti, eyniadlı Hurriyyet.az saytı və "Hurriyyet TV"-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.

Qeyd olunur ki, həmçinin "Hurriyyet TV"-nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.

Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1792

Oxşar yazılar