Rusiyanın Yekaterinburq şəhərində parkda başı kəsilmiş qadın meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hazırda qadının başının harada olduğu müəyyənləşdirilir.
İlkin istintaq qiymətləndirməsinə görə, mərhum tapıldığı yerdə bir neçə ay idi ki, yaşayırmış. Qadın tamamilə çılpaq olub. Barmağında yalnız üzük qalıb.
İstintaq Komitəsinin regional idarəsinin məlumatına əsasən, artıq qətl maddəsi ilə cinayət işi açılıb. Mütəxəssislər itkin bədən hissəsini tapmaq üçün kinoloqları da cəlb etməklə axtarış aparırlar.
Hazırda hadisənin bütün halları, eləcə də mərhum qadının şəxsiyyəti öyrənilir. Hüquq-mühafizə orqanları vətəndaşlara müraciət edərək, araşdırmaya kömək edə biləcək istənilən məlumatı təqdim etməyi xahiş edirlər.