Bakıda pul dəyişənlər  CƏRİMƏLƏNDİ
30 oktyabr 2025 11:14 (UTC +04:00)

Bakıda pul dəyişənlər CƏRİMƏLƏNDİ

0

Valyuta mübadilə məntəqələri olan -“MMK-014” MMC-nin vəzifəli şəxsi 5 060 manat, "Eliko" MMC-nin vəzifəli şəxsi isə 14 169 manat cərimə edilib.

Bu barədə Lent.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4-cü və 3.6-cı bəndlərinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 430.3 maddəsinə müvafiq olaraq, "MMK-014" MMC-nin vəzifəli şəxsi 5 060 (beş min altmış) manat məbləğində cərimə edilib.

AMB cari nəzarət prosesləri çərçivəsində “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.6-cı bəndinin tələbinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 430.3 maddəsinə müvafiq olaraq, "Eliko" MMC-nin vəzifəli şəxsi 14 169.23 (on dörd min yüz altmış doqquz manat, iyirmi üç qəpik) manat məbləğində cərimə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1268

Oxşar yazılar