Şirkət əməkdaşı iş yerində arvadını öldürüb intihar etdi
30 oktyabr 2025 13:20 (UTC +04:00)

Şirkət əməkdaşı iş yerində arvadını öldürüb intihar etdi

0

Rusiyanın Rostov vilayətində energetika şirkətinin əməkdaşı əvvəlcə iş yerində həyat yoldaşını öldürüb, sonra isə intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Rostov-na-Donu şəhərində, Sadovaya küçəsi, 49 ünvanında baş verib. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

Məlumata görə, şirkət işçisi həyat yoldaşını iş yerində qətlə yetirib. Ölümün detalları açıqlanmır. Daha sonra kişi şirkət binasında özünə qəsd edib.

Məlum olub ki, cütlük hadisədən əvvəl evdə məişət zəminində mübahisə edib. Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 864

Oxşar yazılar