"Qədirbilməz məmurlar xəyanət yoluna düşürlər" - Eldar Əzizov
30 oktyabr 2025 14:54 (UTC +04:00)

"Qədirbilməz məmurlar xəyanət yoluna düşürlər" - Eldar Əzizov

0

"Bəzən məsul vəzifələrin həvalə edildiyi bəzi qədirbilməz məmurların xəstə ambisiyalarla idarə olunaraq deqradasiyaya uğradığı, qəbuledilməz hərəkətlər və hətta xəyanət yoluna düşməsi halları ilə qarşılaşırıq".

Lent.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov BŞİH-də keçirilən müşavirədə deyib.

"Qoy hamı xatırlasın ki, Azərbaycan Prezidentinin siyasəti sayəsində dövlət vahid bir qurumdur, o cümlədən praktikada gördüyümüz kimi özünü səhlənkar məmurlardan təmizləməyə qadirdir. Bütün məmurlar unutmamalıdırlar ki, onların işini qiymətləndirmək üçün əsas meyar məsuliyyət və sədaqətdir", - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bildirib.

Eldar Əzizov qeyd edib ki, hər bir dövlət məmuru cəmiyyət qarşısında məsuliyyətini xatırlamalı və vətəndaşların maraqları naminə çalışmalı, təvazökarlıq, dürüstlük və peşəsinə sədaqət nümayiş etdirməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar