Külli miqdarda Azərbaycan manatı ilə  qaçmaq istəyirdi, aeroportda tutuldu - VİDEO
30 oktyabr 2025 15:19 (UTC +04:00)

Külli miqdarda Azərbaycan manatı ilə qaçmaq istəyirdi, aeroportda tutuldu - VİDEO

0

Rusiyanın Şeremetyevo hava limanında sərnişin gömrükçülərdən qaçmağa cəhd edib: onun çamadanında təxminən 100 min dollar tapılıb.

Lent.az xəbər verir ki, Rusiya vətəndaşı İstanbuldan gəlib və Kazana uçmağı planlaşdırıb. Baqajın skan edilməsi zamanı əməkdaşlar içəridə iri məbləğdə valyuta aşkar ediblər. Pullar bəyan edilməyib və kişi reysdən endirilib. Lakin gömrük nəzarəti zonasına daxil olduqdan sonra o, çamadanı açmaqdan imtina edib və qaçmağa cəhd göstərib, amma hava limanı əməkdaşları tərəfindən tez bir zamanda saxlanılıb.

Çamadanın içərisindən müxtəlif valyutalar tapılıb: türk lirəsi, Azərbaycan manatı, Braziliya realı, Danimarka kronu, Hindistan rupi¬si və digər xarici əskinaslar. Bunların ümumi məbləği 110 634 ABŞ dolları təşkil edib. Hazırda xüsusilə böyük məbləğdə nağd vəsaitin qaçaqmalçılığı maddəsi üzrə cinayət işinin qaldırılması məsələsi araşdırılır. Kişini 4 ilədək azadlıqdan məhrumetmə və ya daşınan pulun ondan on beş qatınadək miqdarında nəhəng cərimə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6546

Oxşar yazılar