Həmin sürücülərə görə 60 nəfər ölüb  - DYP AÇIQLADI
09 oktyabr 2025 10:04 (UTC +04:00)

Həmin sürücülərə görə 60 nəfər ölüb - DYP AÇIQLADI

0

Bu ilin 9 ayı ərzində avtomobili hüquqsuz idarə edən şəxslər tərəfindən 99 yol-nəqliyyat hadisəsi törədilib ki, nəticədə 60 nəfər həlak olub, 73 nəfər yaralanıb.

bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, həmin sürücülərin törətdiyi sonuncu qəzaya Qəbələdə baş verən hadisəni göstərmək olar. Nəticədə rayon sakini Elvin Qasımovun sərnişinlərindən biri hadisə yerində həyatını itirib, özü və daha bir sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, yaxud nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və sürücü intizamına bilavasitə təsir göstərən belə hallara qarşı hər kəsi birgə mübarizəyə çağırır.

Unutmayaq ki, fərdi məsuliyyətə biganə yanaşan şəxsin başqalarının həyatına da eyni tərzdə yanaşmayacağı sual altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 436

Oxşar yazılar