Türkiyənin Karabük şəhərində mebel mağazasının qarşısından keçən şəxs mağazanın karton maketinə hücum edib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur sənətçi Hülya Avşarın reklam məqsədi ilə qoyulan karton maketinə təpik atan şəxs onu parçaladıqdan sonra ərazini tərk edib.
Mağaza sahibi təhlükəsizlik kamerasının görüntülərini izlədikdən sonra polisə xəbər verib. Hələlik şəxsin kimliyi məlum deyil.
Faktla bağlı polis tərəfindən araşdırma aparılır.