Həftəsonu yollarda 7 nəfər öldü
14 avqust 2023 10:15 (UTC +04:00)

Həftəsonu yollarda 7 nəfər öldü

Avqustun 12-də və 13-də ölkə ərazisində qeydə alınan 101, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.   

Narkotiklərlə əlaqəli 57, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1426

Oxşar yazılar