"Hacı Beyləqanski" ləqəbli kriminal avtoritet kimi tanınan Hacıbaba Talıbxanlı cəza çəkdiyi Voronej şəhərindən Moskvaya gətirilib.
Lent.az-ın məlumatına görə, o, daha bir cinayətdə təqsirli bilinərək məhkəmə qarşısına çıxarılacaq.
Rusiya İstintaq Komitəsinin Moskva şəhər üzrə rəsmisi Yulia İvanovanın bildirdiyinə görə, onun haqqında cinayət işi ötən ilin noyabrın 9-da qaldırılıb. İstintaq hərəkətləri zamanı Beyləqanskinin əməlləri sübut olunub.
Xatırladaq ki, Hacı Beyləqanski Rövşən Lənkəranskinin şəxsi killeri kimi tanınır. O, bir neçə qətldə ittiham olunaraq 19 il müddətinə azadlıqdan məhrum edilib.