Gürcüstanda saxlanılan  Ramil Məmmədov Azərbaycana gətirildi
17 mart 2025 19:06 (UTC +04:00)

Gürcüstanda saxlanılan Ramil Məmmədov Azərbaycana gətirildi

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib.

Bu barədə Lent.az Baş Prokurorluqdan məlumat verilib

Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Məmmədov Ramil Məhərrəm oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Qeyd edilib ki, Bakı şəhəri Xəzər rayon prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Ramil Məmmədovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Ramil Məmmədov Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bu gün Azərbaycana gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2094

Oxşar yazılar

Bakıda məktəbli qız YOXA ÇIXDI

Bakıda məktəbli qız YOXA ÇIXDI

2 may 2025 , 15:37
Məzahir Pənahovun oğlu arvadına işgəncə verdi - ŞOK FOTOLAR

Məzahir Pənahovun oğlu arvadına işgəncə verdi - ŞOK FOTOLAR

2 may 2025 , 14:55
Sumqayıtda külək ağacı maşının üstünə aşırdı, sürücü öldü

Sumqayıtda külək ağacı maşının üstünə aşırdı, sürücü öldü

2 may 2025 , 14:25
Azərbaycana gətirdikləri dron  əllərindən alındı

Azərbaycana gətirdikləri dron əllərindən alındı

2 may 2025 , 13:59
500-dən çox adam Azərbaycandan çıxa bilmədi

500-dən çox adam Azərbaycandan çıxa bilmədi

2 may 2025 , 13:40
Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

2 may 2025 , 13:17
Ağcabədidə evdən meyit tapıldı

Ağcabədidə evdən meyit tapıldı

2 may 2025 , 12:28
Bakıda FACİƏ:  gənc qız hamamda BOĞULDU

Bakıda FACİƏ: gənc qız hamamda BOĞULDU

2 may 2025 , 11:46