Güclü külək binanın damını uçurdu -  VİDEO  -  YENİLƏNİB
13 yanvar 2023 15:51 (UTC +04:00)

Güclü külək binanın damını uçurdu - VİDEO - YENİLƏNİB

0

Xaçmaz rayonunda bu gün səhərdən müşahidə olunan güclü külək səbəbindən Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsi 74 A ünvanında yerləşən çoxmənzilli yaşayış binasının dam örtüyünün 800 kvadratmetr hissəsi uçub.

Lent.az bildirir ki, Xaçmaz rayon İcra Hakimiyyətdən APA-ya verilən məlumata görə, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri dərhal hadisə yerində olub, fəsadların aradan qaldırılması istiqamətində işlərə başlayıblar.

Güclü külək rayonun müxtəlif ərazilərində iri gövdəli ağacları aşırıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda küləyin fəsadlarının aradan qaldırılması və dəymiş ziyanın hesablanması istiqamətində müvafiq iş aparılır.

***

13:38

Xaçmaz şəhərində müşahidə olunan güclü külək fəsadlar törədib.

Lent.az APA-ya istinadən xəbər verir ki, güclü külək nəticəsində şəhərin mərkəzində yerləşən beşmərtəbəli yaşayış binasının damı uçub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3994

Oxşar yazılar