Göyçay çayında  daşqın təhlükəsi   
13 sentyabr 2023 21:41 (UTC +04:00)

Göyçay çayında daşqın təhlükəsi   

0

Göyçay çayında sululuq artıb, daşma təhlükəsi yaranıb. 

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Göyçay və ətraf rayonlara yağan leysan yağışları nəticəsində çayda suyun səviyyəsi səhər saatlarından kəskin artıb. 

Göyçay çayının Ucar rayonunun Qazyan  kəndindən keçən hissəsində kənd istiqamətində sızmalar baş verib. Əraziyə cəlb olunan Ucar Rayon Suvarma Sistemləri İdarəsinin texnikalarının köməkliyi  ilə təhlükə aradan qaldırılıb. Su çayın bəndini  kənd istiqamətində yarsa Qazyan və Lək kəndlərinin su altında qalma riski vardı.  

Hazırda Göyçay çayında suyun səviyyəsi nisbətən enib. Buna baxmayaraq hələ də çayın sızmalar nəticəsində bəndin uçma təhlükəsi olduğundan müvafiq qurumlar tərəfindən  zəruri tədbirlər görülür.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2764

Oxşar yazılar