Görüşə tələsən polis xidməti maşını  oğurladı
08 dekabr 2023 14:50 (UTC +04:00)

Görüşə tələsən polis xidməti maşını oğurladı

Altayda polis əməkdaşı xidməti avtomobili oğurlayıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, cümə günü gecə saatlarında Kosıxa kəndində 24 yaşlı polis köməkçisi növbəsini bitirdikdən sonra qonşu Nalobixa kəndinə, nişanlısının yanına getməyə tələsib. Bunun üçün o, xidmət maşınının açarlarını oğurlayaraq idarənin “Niva”sına minib.

Bildirilir ki, baş serjant sevgilisinə çatmaq üçün başqa yol tapmayıb, çünki bu marşrut üzrə yeganə avtobus iki gündən bir işləyir.

Lakin işlər plana uyğun getməyib. Maşın naməlum səbəbdən dayanıb və sonradan kənddən 22 km aralıda tapılıb.

Serjantla bağlı daxili araşdırma başladılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 26340
avatar

Oxşar yazılar