General poçt qutusu ilə rüşvət almaqda  ittiham olunur
22 mart 2025 14:16 (UTC +04:00)

General poçt qutusu ilə rüşvət almaqda ittiham olunur

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin general-mayoru Dmitri Murışov poçt qutusu vasitəsilə rüşvət almaqda ittiham olunur.

Lent.az yerli mediaya istinadla bildirir ki, müstəntiqlərin sözlərinə görə, iş adamları pul əskinasları olan zərfləri Novı Arbat küçəsindəki 16 saylı binada yerləşən müəyyən poçt qutusuna qoyublar. Bu qutu Rusiya Federal Gömrük Xidmətinin Gömrük Mərkəzi Bazasının Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin rəisi Kolqanova məxsus olub.

Kolqanov bir dəfə Murışov tərəfindən Şeremetyevo gömrüyündə götürülən bahalı saatların qaytarılması üçün pul alarkən yaxalandığı üçün işdən çıxarılıb. Lakin sonra Kolqanov Rusiya Federasiyası FTX-nın K İdarəsi ilə əməkdaşlığa başlayıb. Bu idarənin əməliyyatçılarının nəzarəti altında iş adamlarının onun poçt qutusuna qoyduğu rüşvətlərin Murışov üçün nəzərdə tutulduğunu ifadə edib.

Nəticədə Kolqanov iş üzrə şahid olub və hətta yeni vəzifə alıb. İndi o, Domodedovo gömrüyünün korrupsiyaya qarşı mübarizə şöbəsinin rəisidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6604

Oxşar yazılar