Oğuzda rəngsazı elektrik cəryanı vuraraq öldürüb.
Lent.az-ın məlumatına görə, hadisə Oğuz şəhəri "Gənclik" massivi adlanan ərazidə baş verib.
Evlərdən birində rəngsaz işləyən, rayonun Bayan kənd sakini, 36 yaşlı Şərif Məhəmməd oğlu Babayevi elektrik cəryanı vurub.
O, hadisə yerində ölüb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Vüqar Heydərov