Gəncədə silsilə oğurluqlar edən tutuldu
13 iyun 2023 13:26 (UTC +04:00)

Gəncədə silsilə oğurluqlar edən tutuldu

0

Gəncədə silsilə oğurluqlar olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda şəhər ərazisində bir velosiped, bir su mühərriki, “VAZ-21011” markalı avtomobildən isə maqnitofon oğurlanıb.

Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş K.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1965

Oxşar yazılar