Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəzada 1957-ci il təvəllüdlü Əli Osmanov və 1959-cu il təvəllüdlü Gülbar Muxidinova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.