Gəncə 31 yaşlı kişini qətlə yetirən şəxsin kimliyi məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisəni 2001-ci il təvəllüdlü E. Quliyev törədib. Hazırda onun tutulması istiqamətində əməliyyat axtarışları davam edir.
Qeyd edək ki, gecə saatlarında E. Quliyevlə 1991-ci il təvəllüdlü Abbas Əliyev arasında mübahisə düşüb. Nəticədə sonuncu bıçaqlanaraq qətlə yetirilib.
***
04:46
Gəncədə qətl hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Abbas Səhət adlan ərazisində qeydə alınıb.
1991-ci il təvəllüdlü Əliyev Abbas Əziz oğlu bıçaqlanıb. 31 yaşlı kişi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Məlumata görə qətlə yetrilən şəxs küçədə bıçaqlanmış vəziyyətdə tapılıb. Faktla bağlı araşdırma aparılır.