Göygöl rayon Polis Şöbəsinə rayon sakini G. Allahverdiyevanın kəsici-deşici alətlə qulaq nahiyəsindən dərəcəsi təyin edilməyən xəsarət alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir: "Hadisəni törətməkdə şübhəli bilinən şəxs zərərçəkənin qulağını kəsməyib. Münaqişə nəticəsində qulaq nahiyəsinə xəsarət yetirib. Faktla bağlı əlavə məlumat veriləcək".
***
03:07
Gəncə sakininin qulağından bıçaq xəsarəti almasının bəzi təfərrüatları məlum olub.
Lent.az xəbər verir ki, xəsarət alan Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü G. Allahverdiyevanın həyat yoldaşı sərxoş vəziyyətdə ona bıçaqla xəsarət yetirib.
Məlumata görə G. Allahverdiyeva hadisəni törədən şəxsin 3-cü həyat yoldaşdır.
Qeyd edək ki, hadisə Gəncə şəhəri ilə Göygöl rayonunun Üçtəpə kəndinin kəsişməsində baş verib.
İlkin məlumta görə G. Allahverdiyevanın həyat yoldaşı polis tərəfindən saxlanıb.
Faktla bağlı araşdırma aparılır./APA
***
21:20
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.
31 yaşlı G. Allahverdiyeva qulağının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Qadına dərhal yardım edilib.
Məlumata görə, qadının qulağını həyat yoldaşı kəsib.