Gəncədə ticarət mərkəzində itən azyaşlı tapıldı - YENİLƏNİB
10 may 2024 10:40 (UTC +04:00)

Gəncədə ticarət mərkəzində itən azyaşlı tapıldı - YENİLƏNİB

Gəncədə itkin düşən azyaşlı qız tapılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupun baş inspektoru Eşqin Qasımov bildirilib. Onun sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində azyaşlı tapılaraq ailəsinə təhvil verilib.

***
10:30

Gəncədə 8 yaşlı qız itkin düşüb.

Lent.az-ın məlumatına görə, S. Bayramlı şəhər ərazisində yerləşən "Grand Qafqaz" ticarət mərkəzi ərazisində naməlum istiqamətdə gedərək yoxa çıxıb.

Bu barədə onun anası polisə müraciətində bildirib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.

# 1743
avatar

Mehman Nəbiyev

Oxşar yazılar