Bakıda 2600 manat dəyərində antik samovar oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakının Səbail rayonu Şıx qəsəbəsindəki evlərdən birindən pəncərədən girmək yolu ilə 2600 manat dəyərində antik samovar, təmir alətləri və bəzək əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 45 yaşlı Kənan Orucov saxlanılıb.
Faktla bağlı 41-ci Polis Bölməsində araşdırmalar davam etdirilir. K.Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.