FHN-in əməkdaşları qolf yarışında yüksək nəticə əldə ediblər
20 may 2024 17:15 (UTC +04:00)

FHN-in əməkdaşları qolf yarışında yüksək nəticə əldə ediblər

Mayın 18-də “Dreamland Golf” meydançasında Gənclər və İdman Nazirliyi və Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında qolf üzrə yarışlara yekun vurulub.

Lent.az FHN-ə istinadən xəbər verir ki, 10 dövlət qurumundan 24 əməkdaş (17 kişi və 7 qadın) şəxsi yarışlarda əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin 2 nəfər qadın əməkdaşı – Aysel Kazımova və Əzizə Lalayeva yüksək nailiyyətlər əldə etməyi bacarıblar. Belə ki, qadınlar arasında Aysel Kazımova bütün rəqiblərinə qalib gələrək yarışın qalibi olub. Komandanın digər üzvü Əzizə Lalayeva isə yarışın bürünc medalına yiyələnməyi bacarıb.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.

Mayın 20-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış əməkdaşlarla görüşərək, qazandıqları nailiyyətə görə onları təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

FHN-in əməkdaşları qolf yarışında yüksək nəticə əldə ediblər

FHN-in əməkdaşları qolf yarışında yüksək nəticə əldə ediblər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1485
avatar

Oxşar yazılar