Bakıda aptekdən 625 manatlıq nimesil dərmanı oğurlayan yeniyetməni polis saxlayıb.
Lent.az-ın xəbərinə görə, Nərimanov rayonu ərazisində yerləşən köşklərin birindən 500 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə saxlanılıb. Araşdırmalarla onun apteklərin birindən 625 manatlıq nimesil dərmanı oğurlaması da müəyyən olunub.