Boşanacaqları   iddia edilirdi... Volkan Dəmirəldən AÇIQLAMA
20 may 2024 15:25 (UTC +04:00)

Boşanacaqları iddia edilirdi... Volkan Dəmirəldən AÇIQLAMA

Ötən həftə baş məşqçisi olduğu “Hatayspor”la yollarını ayıran Volkan Dəmirəllə 13 illik həyat yoldaşı Zeynep Dəmirəllə boşanmağa hazırlaşdıqları iddia edilib. 

Lent.az xarici mediaya istinadən bildirir ki, məsələ ilə bağlı açıqlamanı Volkan Dəmirəl verib.

Xəbərə görə, Zeynep Dəmirəl əvvəllər də boşanmağı düşünüb, lakin Hatay zəlzələsi səbəbindən bu qərarını təxirə salıb. Zeynep Dəmirəlin boşanma prosesinə başladığı iddia edilib.

Volkan Dəmirəl sosial media hesabında paylaşım edərək yazıb: "Bəzən (əksər evliliklərdə olduğu kimi) mübahisə edib anlaşa bilmirik. Amma boşanma iddiası verdiyimiz xəbərlər doğru deyil. Hazırda səhər qəhvəmizi birlikdə içirik".

2010-cu ildə ailə quran cütlük 2014-cü ilin fevralında Yade, 2017-ci ilin avqustunda isə Yeda adlı qızlarını dünyaya gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3609
avatar

Oxşar yazılar