Bakıda  diş klinikası  qarət edildi
20 may 2024 12:42 (UTC +04:00)

Bakıda diş klinikası qarət edildi

Bakıda stomotoloji klinika qarət edilib.

Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən klinikaların birinə daxil olan naməlum şəxs oradan diş texnik aparatını oğurlayıb. Klinikanın sahibi bu barədə polisə məlumat verib.

Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının  keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Emzar Məmmədov müəyyən edilərək saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2769
avatar

Arzu Qurbanlı

Oxşar yazılar