Yağışlı hava  bu tarixədək   davam edəcək
20 may 2024 17:07 (UTC +04:00)

Yağışlı hava bu tarixədək davam edəcək

"Qeyri-sabit hava şəraitinin bölgələrdə mayın 24-dək davam edəcək".

Lent.az xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

Onun sözlərinə görə, fasilələrlə yağıntılı, bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur:

“Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 34356
avatar

Arzu Qurbanlı

Oxşar yazılar