Dünyada ən çox davam edən göy qurşağı: 8 saat 58 dəqiqə
20 may 2024 18:49 (UTC +04:00)

Dünyada ən çox davam edən göy qurşağı: 8 saat 58 dəqiqə

Şübhəsiz ki, əksəriyyət səmada göy qurşağını heyranlıqla izləyir. Ancaq təəssüf ki, bu anlar çox tez keçir. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin 2017-ci il noyabrın 30-da Yanqminqşan Milli Parkında dünyanın ən uzun müddətli göy qurşağı görünüb.

Göy qurşağı 8 saat 58 dəqiqəlik rekord müddətə səmada qalıb. Bu "Ginnesin Rekordlar Kitabı"nda qeyd edilib. Çünki göy qurşağının əvvəlki rekord müddəti Tayvanda 1994-cü il martın 14-də olub. O, 6 saat ərzində müşahidə oluna bilib. 

Göy qurşağının müşahidəsi Taypeyin şimalındakı dağ yamacında yerləşən Çin Mədəniyyəti Universitetində aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

Fidan İlqar

Oxşar yazılar