İbrahim Rəisi
20 may 2024 13:31 (UTC +04:00)

İbrahim Rəisi

Rəisinin ölümü - İranın keçmiş xarici işlər naziri ABŞ-ı günahlandırır

Mayın 20-də səhər İran Şərqi Azərbaycan əyalətində qəzaya uğrayan helikopterdə digər rəsmilərlə birlikdə olan prezident İbrahim Rəisinin ölümünü rəsmən təsdiqləyib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İranın Məhəmməd Zərif onun ölümündə ABŞ-ı günahlandırıb.

İranın keçmiş xarici işlər naziri Məhəmməd Zərif deyib ki, prezidentin ölümündə ABŞ günahkardır, çünki onun məntiqinə görə, amerikalılar helikopterlərin ehtiyat hissələrinin satışını qadağan edib, İbrahim Rəisi isə Amerika istehsalı olan Bell 212 helikopteri ilə uçurdu. O, 40 ildən artıqdır ki, istismarda olub. 

Qeyd edək ki, helikopterin qalıqlarının axtarışı 14 saat davam edib, hava şəraiti pis olduğundan axtarış əməliyyatı çətinləşib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5439
avatar

Oxşar yazılar