Gəlin və baldızını maşın vurub öldürdü
06 may 2025 16:16 (UTC +04:00)

Gəlin və baldızını maşın vurub öldürdü

Türkiyədə avtomobil gəlin və baldızını vurub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sakaryanın Xəndək qəsəbəsində baş verib.

H.K. idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən 55 yaşlı Necmiye Ayas və 59 yaşlı Nermin Ayası vurub. Hadisə yerinə gələn həkimlər qadınların ikisin də öldüyünü müəyyən ediblər.

Araşdırma zamanı onların gəlin və baldız olduqları üzə çıxıb. Sürücü saxlanılıb və faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652

Oxşar yazılar