Gədəbəydə FACİƏ:  yük maşını yatan kişini əzib öldürdü
04 sentyabr 2024 09:22 (UTC +04:00)

Gədəbəydə FACİƏ: yük maşını yatan kişini əzib öldürdü

Gədəbəydə kişi faciəvi şəkildə ölüb.

Lent.az xəbər verir ki, hadisə rayonun Gərgər kəndində baş verib. Sahədə"QAZ-3307" markalı avtomobilə ot presləri yükləyən 51 yaşlı Musayev Elman Əli oğlu dincəlmək üçün həmin maşının arxa təkərlərinin yanında uzanıb. Bu zaman sürücü Əmiraslanov Maarif Bahadır oğlu avtomobili geriyə hərəkət etdirib.

Nəticədə Elman Musayev yük maşınının altında əzilərək ağır xəsarətlər alıb və rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanaraq, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867
avatar

Mehman Nəbiyev

Oxşar yazılar