Türkiyədə tullantıların yığılma müəssisəsində körpə meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sinop şəhərində baş verib. Müəssisə işçiləri tullantıları seçərkən zibillərin arasından hərəkətsiz körpə tapıblar.
Hadisə yerinə gələn həkimlər körpənin öldüyünü müəyyən ediblər. Müəssisə əməkdaşlarının sözlərinə görə, meyit zibil maşını ilə gətirilib.
Polis meyiti zibil konteynerinə tullayan şəxsin tapılması üçün araşdırma aparır.