Türkiyədə gənc qadının avtomobildə boğazı kəsilmiş halda meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Eskişehir rayonu Vadişehir məhəlləsində qeydə alınıb. 25 yaşlı Tuğba Koçun boğazı kəsilmiş meyiti park edilmiş avtomobildə tapılıb.
Məlumata görə, ötən il sentyabrın 3-də qadının toyu olub. Onun meyiti də evliliyinin birinci ildönümündə tapılıb.
Polis hadisənin qətl, yaxud intihar olması ilə bağlı araşdırma aparır.