Gəncə Dövlət Filarmoniyasında Səid Rüstəmovun mahnılarından ibarət konsert olacaq
03 sentyabr 2024 14:32 (UTC +04:00)

Gəncə Dövlət Filarmoniyasında Səid Rüstəmovun mahnılarından ibarət konsert olacaq

29 sentyabr saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert proqramı baş tutacaq.

Lent.az xəbər verir ki, gecədə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, solistlər Vasif Bayramov, Rüstəm Cəfərov "Oxu tar", "Bahar olsun",  "Alagöz ", "Qurban adına", "Hardasan", "İntizar", "Gəlmədin", "Şeir deyilmi", "Bilmədin", "Səhər nəğməsi", "Sənindir", "Getmə-getmə", "Azərbaycan" mahnılarını ifa edəcəklər.

Biletləri filarmoniyanın kassasından və iticket.az saytından əldə etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429
avatar

Oxşar yazılar